Modern.az

Prezidentin ətrafında  daha da sıx birləşmək lazımdır - DEPUTAT

Prezidentin ətrafında  daha da sıx birləşmək lazımdır - DEPUTAT

Aktual

10 May 2019, 14:17

Rauf Əliyev,
Milli Məclisin deputatı



Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etmişdir. Onun rəhbərlik etdiyi nümayyəndə heyyəti Xankəndində və Şuşada olmuş və təşkil olunmuş müxtəlif  tədbirlərdə iştirak etmişdir. Ermənistanın indiki rəhbərliyinin bu hərəkəti beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bu eyni zamanda müvcud danışıqlar prosesinin prinsiplərinə də ziddir.

      
Hazırda Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır. İndiki hakimiyyətlə keçmiş rəhbərlik arasında çəkişmələr  davam edir. Paşinyan siyasi aponentlərinin çoxunu həpsə atdırıb. Ermənistanın indiki bu acanacaqlı vəziyyətinə baxmayaraq  müxalifət hakimiyyətlə  ümumilli məsələlərdə, xüsusi ilə Qarabağ məsələsində bir olduqlarını dünyaya   nümayiş etdirirlər. Onlar  Qarabağın rəmzi sayılan Şuşanın işğal gününü şənlik tədbirləri ilə qeyd etdilər. Errmənilərin işğal etdikləri torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Hal-hazırda erməni əsirliyində olan yüzlərlə Azərbaycan övladını necə yaddan çıxarmaq olar?  Bu hadisələri kənardan sadəcə olaraq seyr etmək olmaz. Hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməlidir.

      
Birinci növbədə müxalifətdə olanlar, xaricdə mövcud hakimiyyət əleyhinə kampaniyalar təşkil edənlər başa düşməlidirlər ki, Azərbaycan bütün azərbaycanlıların vətənidir. Azərbaycan hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  düşünülmüş siyasət nəticəsində  dünyada ən sürətlə inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. İndiki zamanda bir sıra fikir ayrılıqlarını bir kənara qoyub cənab Prezident ətrafında  daha sıx birləşərək Azərbaycanın qarşısında duran yeganə məsələ olan Ermənistan - Azərbaycan, Dağlığ Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Bu vəzifə dünyada yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı