Modern.az

Gürcüstanın baş naziri: “David Qareci məbədi ilə bağlı komissiya yaradılır”

Gürcüstanın baş naziri: “David Qareci məbədi ilə bağlı komissiya yaradılır”

Aktual

10 May 2019, 15:51

Bu gündən David Qareci məbədi ilə bağlı komissiyanın yaradılmasına başlanıb.

 

Modern.az-ın ONA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, artıq razılaşma əldə olunub və komissiyanın yaradılmasına start verilib.

"Azərbaycan bizə dost ölkədir. Biz strateji tərəfdaşıq. Məsələ də bu ruhda həll ediləcək", - deyə baş nazir əlavə edib.

Komissiyanın Gürcüstan tərəfdən sədri bu ölkənin xarici işlər nazirinin müavini olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı