Modern.az

ABŞ dövlət katibi Putinlə görüşəcək

ABŞ dövlət katibi Putinlə görüşəcək

Aktual

10 May 2019, 20:06

ABŞ dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

 

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, mayın 12-14-də dövlət katibi Pompeo Moskva və Soçiyə səfər edəcək.

 

Mayın 13-də Moskvada Mayk Pompeo Rusiyadakı ABŞ səfirliyinin nümayəndələri, amerikalı iş adamları ilə görüşlər keçirəcək. Dövlət katibi Moskvadakı “Naməlum əsgər” abidəsini də ziyarət edəcək.

 

ABŞ dövlət  katibi mayın 14-də Soçidə xarici işlər nazir Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflərin ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edəcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı