Modern.az

Şəmkirdə ağır qəza: 10 nəfər yaralandı

Şəmkirdə ağır qəza: 10 nəfər yaralandı

Aktual

10 May 2019, 20:32

Şəmkir rayonundakı yol qəzasında 10 nəfər xəsarət alıb.

 

Modern.az  "Report"a istinadən xəbər verir ki, onlardan 5 nəfəri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha 5-i isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Yaralılardan bəzilərinin adları da məlum olub. Bunlar Arzu Rüstəmov, Ruslan Hüseynov və 1992-ci il təvəllüdlü Dursun Əsgərovadır.

 

İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı