Modern.az

Türkmənbaşı baş nazir müavinini cəzalandırdı

Türkmənbaşı baş nazir müavinini cəzalandırdı

Aktual

11 May 2019, 12:34

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət verib.

 

Bu haqda hökumətyönümlü “Neytral Türkmənistan” məlumat yayıb.

Qəzetin yazdığına görə, töhmət Abdıyevanın bir sıra məmurların işinə lazımı səviyyədə nəzarət etməməsi ilə əlaqədar verilib. Abdıyeva mədəniyyət və KİV-lə bağlı məsələlərə nəzarət edir.

Məlumata görə, qeyd olunan sahələrdə nizam-intizam səviyyəsinin aşağı düşməsi Berdiməhəmmədovun diqqətindən yayınmayıb.

 

Dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayberdiyevə isə sonuncu dəfə xəbərdar edilməklə şiddətli töhmət verilib.

 

Virtualaz.org

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!