Modern.az

“Beşiktaş” azerkeşlərinə Qaret Beyl müjdəsi

“Beşiktaş” azerkeşlərinə Qaret Beyl müjdəsi

Aktual

11 May 2019, 13:43

“Beşiktaş”ın hazırki prezidenti  Fikrət Ormanın prezident seçkisində rəqibi olan Hürser Tekinoqtay seçiləcəyi təqdirdə Qaret Beyli “Qara Qartal”a gətirəcəyini deyib.

 

Modern.az xəbər verir ki, Tekinoqtay Türkiyə nətbuatına deyib ki, “Toşakla bir görüşümüz olub. Biz futbolçu büdcəsini Uelsli məşqçinin idrə etməyini istəyirik. Qaret Beyl Uelsdə Toşakın tələbəsi olub. Toşak bildirib ki, Beyl “Kral klubu”nda xoşbəxt deyil və münasib bir məbləğ qarşısında kiralamaq olar və onu “Beşiktaş”a gətirə bilərəm.

Qeyd edək ki, Uelsli bu mövsüm “Real Madrid”də 42 oyuna çıxıb. Futbolçu 14 qol vurub və 6 məhsuldar ötürmə verib.

 

Novruz NOVRUZU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı