Topaz Premyer Liqasının sonuncu turunda "Neftçi" öz meydanda "Qarabağ"ı qəbul edəcək.
Modern.az xəbər verir ki, bugünkü matçda biletlərin qiyməti 50 azn təşkil edir. Qiymətin baha olması isə “Neftçi” rəhbərliyinin stadiona azarkeşlərin çox gəlməsini istəməməsidir. “Neftçi” mövüm ərzində ev oyunlarında bilet qiyməti VİP yerlərə 5, digər sektorlarda isə 1 manat olub.
Qeyd edək ki, 27 turdan sonra 63 xalı olan "Qarabağ" çempionluğu rəsmiləşdirib. 58 xal toplayan "Neftçi" gümüş medalçı olacaq. Çempionatın mükafatlandırma mərasimi "Neftçi" - "Qarabağ" matçı bitdikdən sonra "Bakcell Arena"da baş tutacaq.
Novruz NOVRUZLU