Modern.az

Lənkəranda intihara cəhd

Lənkəranda intihara cəhd

Aktual

12 May 2019, 00:12

Lənkəran rayonunda intihara cəhd hadisəsi baş verib. 

 

Modern.az “Report”a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Lənkəran rayonu Tütəpeştə kənd sakini Ə.N.Zaur qızının işlədiyi istirahət-əyləncə mərkəzində halı pisləşib.

 

Zərərçəkmiş "təcili yardım" maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, N.Ə intihar etmək məqsədilə 15 ədəd həb qəbul edib. Bu səbəbdən iş yerində halı pisləşib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı