Dağlıq Qarabağdakı separatçı rejimin hazırkı rəhbəri Bako Saakyan və qondarma rejimin eks-başçısı Arkadi Qukasyan Ermənistan Respublikasının həbsdə olan sabiq prezidenti Robert Koçaryanın azadlığa buraxılmasını istəyirlər.
Modern.az Ermənstan KİV-nə istinadən xəbər verir ki, R.Koçaryanın vəkili Hovhannes Hudoyan eks-prezidentin barəsindəki həbs qətimkan tədirinin dəyişdirilməsi üçün Bako Saakyanla Arkadi Qukasyanın şəxsi zəmanət məktubunu məhkəməyə təqdim edib.
Hakim Davud Qriqoryan isə zaminlərin məhkəmə prosesində iştirak etməyini vacib sayıb.
Və prosesi onların iştirakına qədər təxirə salıb.
Robert Koçaryanın vəkilləri Bako Saakyan və Arkadi Qukasyanın məhkəməyə çıxa biləcəyini öyrənməyə çalışacağını söyləyib.