Modern.az

60 yaşlı Firəngiz Mütəllimova Prezidentə məktub YAZDI

60 yaşlı Firəngiz Mütəllimova Prezidentə məktub YAZDI

Aktual

14 May 2019, 22:10

Xalq artisti Firəngiz Mütəllimova Azərbaycan Prezidenti İlham Əliyevə məktub  yazıb. Modern.az-ın xəbər verir ki, Firəngiz Mütəllimova ölkə başçısına 60 yaşının tamamında onu Prezident təqaüdünə layiq gördüyünə görə təşəkkür edib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Siz müqəddəs Ramazan ayında, ulu öndərimiz Heydər Əliyevin doğum günündə məni ürəkdən sevindirdiniz. Altmış illik yubileyimdə 40 illik səhnə fəaliyyətimə yüksək qiymət verərək məni Prezident təqaüdünə layiq gördünüz.

Cənab Prezident, bu diqqət və qayğınıza görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkürümüzü bildirirəm. Var olun, Sizinlə fəxr edirəm! Allah Sizi Azərbaycan xalqına çox görməsin. Allah Sizi və ailənizi qorusun. Dualarım həmişə Sizinlədir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı