Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verib.
Modern.az xəbər verir ki, 70 yaşlı futbol mütəxəssisi 2018-ci ildən bu vəzifədə çalışırdı. O, çempionatda yüksək yerləri tutmaq məqsədinə nail olmadığı üçün istefa verdiyini bildirib.
“Kasımpaşa” 32 turdan sonra Türkiyə Superliqasında 38 xalla 13-cü pillədə qərarlaşıb. Sonuncu turda “Kasımpaşa” komandası “Kayseripor”a səfərdə 1:2 hesabı ilə məğlub olmuşdu.
M.Dənizli əvvəllər Türkiyə milli komandasının, eləcə də Azərbaycanın “Xəzər Lənkəran” klubunun baş məşqçisi işləyib.