Modern.az

Putin Maykl Pompeo ilə görüşür  

Putin Maykl Pompeo ilə görüşür  

Aktual

14 May 2019, 23:14

Soçidə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Maykl Pompeonun görüşü keçirilir.

Modern.az “RİA Novosti”yə xəbər verir ki, görüş “Boçarov Ruçey” iqamətgahında təşkil olunub. Görüşdə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Rusiya Prezidenti Vladimir Putinin Maykl Pompeonu qəbul etməsindən əvvəl Soçidə ABŞ dövlət katibinin Rusiyanın xarici işlər naziri ilə görüşü olub. Görüşün yekunlarına əsasən Sergey Lavrov və Maykl Pompeo birgə mətbuat konfransı keçiriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı