Modern.az

İki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb – Əli Əhmədov

İki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb – Əli Əhmədov

Aktual

15 May 2019, 11:08

“Son iki ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Onun sözlərinə görə, bu, pensiya sisteminin dayanıqlığına bir töhfədir.

"Eyni zamanda özəl sektorda çalışan insanların gələcəkdə etibarlı pensiya sistemi ilə təmin olunması üçün əhəmiyyəti töhfə sayıla bilər". 

 

Nuranə DAXİLQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?