Modern.az

“Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı

“Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı

Aktual

23 May 2019, 18:46

Qar uçqunu altında qalaraq itkin düşən Türkiyənin “Anadolu” agentliyinin əməkdaşı Abdülkadir Nişancının cəsədi tapılıb.

 

Türkiyə KİV-lərinin məlumatına görə, cəsəd Trabzonun Çaykara rayonun ərazisində yerləşən “Drəbaşı HES” gölməkçəsində tapılıb.

Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da qar uçqunu altında qalmışdı. Onun axtarışında iştirak edən iki əsgər isə boğularaq ölüb.

 

Virtualaz.org

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?