Modern.az

"Erməni diasporu" adlı dərs vəsaiti nəşr edilib

Aktual

29 May 2019, 15:49

"Elm və Təhsil" mətbəəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Vəzir oğlu Cəfərovun "Erməni diasporu" adlı dərs vəsaiti nəşr edilib.

Qeyd edək ki, dərs vəsaiti ADPU-nun Tədris Metodik Şurasının 10 aprel 2019-cu il tarixli iclasının 4 nömrəli protokoluna əsasən nəşr olunub.

Kitabın ön sözünün müəllifi Ankara Hacı Bayram Veli Universitesi İktisadi və İdari Bilimler Fakültesi Uluslararası İlişkiler Bölümü Ögretim Üyesi Prof. Dr. Cemalettin Taşkırandır.

Qeyd edək ki, Prof.Dr. Cemalettin Taşkıran Türkiyə elm cameəsində erməni diasporu problemi üzrə məşğul olan ən tanınmış, adlı-sanlı alimlərdən biridir. Dərs vəsaitində erməni diasporunun formalaşmasının ilkin mərhələsi, erməni diasporunun coğrafiyası, strukturu, əlaqələri və maliyyə mənbələri, erməniçiliyin mahiyyəti və diasporun antitürk fəaliyyətindəki yeri və rolu, erməni kilsəsinin mürtəce fəaliyyəti faktoloji materiallar əsasında tədqiq edilib.

Həmçinin, dərs vəsaitində erməni diasporunun təşkilatlanması, Yaxın Şərq, Avropa, Amerika, Cənub-Şərqi Asiya ölkələrində və Avstraliyada antitürk, anti-Azərbaycan fəaliyyəti faktlar və arxiv sənədləri əsasında tədqiq edilib. Eyni zamanda dərs vəsaitində erməni diasporunun antitürk fəaliyyətində qondarma soyqırımı iddiaları, erməni terrorizmi, Ermənistan-diaspor əlaqələrinin inkişafı və bunun Azərbaycana qarşı yönəlməsi, bütövlükdə erməni diasporunun antitürk fəaliyyətinin siyasi-strateji hədəfləri araşdırılıb. Dərs vəsaitindən ali və orta ixtisas məktəblərinin tələbələri, diplomatik sahədə çalışan mütəxəssislər, magistr, doktorant və dissertantlar faydalana bilərlər.


Elnur Eltürk

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı