Modern.az

Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO 

Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO 

Aktual

Bu gün, 10:08

Son zamanlar sosial şəbəkələrdə bəzi avtomobil icarəsi şirkətlərinin sürücülük vəsiqəsi olmayan şəxslərə də avtomobil təklif etməsi diqqət çəkir.

Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, həmin şirkətlər avtomobil icarəyə götürmək üçün 18 yaşın tamam olmasını kifayət hesab edirlər.

Müştərilərin "Bəs sürücülük təcrübəsi olmayan şəxslərə avtomobili necə verirsiniz?" sualına isə "Avtomobili necə idarə etməsinə baxırıq" cavabı verilir.

Bəs bu cür cəlbedici təkliflərlə müştəri toplamağa çalışan şirkətlər yaratdıqları təhlükənin və qanun pozuntusunun fərqindədirlərmi?

Baş Dövlət Yol Polisi İdarəsi belə hallarla bağlı avtomobil icarəsi şirkətlərinə xəbərdarlıq edib.

Bildirilib ki, icarəyə avtomobil verən şəxslər müştərinin yalnız sürücülük vəsiqəsinin olub-olmadığını yoxlamaqla kifayətlənməməli, onun avtomobili təhlükəsiz idarə etmək üçün kifayət qədər təcrübəyə malik olduğuna da əmin olmalıdırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!