Modern.az

Avropa liqasının finalı 204 ölkədə canlı yayımlanacaq

Avropa liqasının finalı 204 ölkədə canlı yayımlanacaq

Aktual

29 May 2019, 17:54

Avropa Liqasının final görüşü ölkəmizdə daxil olmaqla 204 ölkədə canlı yayımlanacaq.

Modern.az  xəbər verir ki, görüş Avropanın 48 ölkəsində nümayiş olunacaq. Avropadan kənarda isə 156 ölkənin azarkeşləri oyuna canlı baxa biləcəklər.

Ermənistan da oyunu yayımlayacaq ölkələr sırasındadır.

Ölkəmizdə final görüşü “CBC Sport” vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Arsenal – Çelsi” görüşü Bakı Olimpia Stadionunda gecə saat 23:00-da baş tutacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?