Modern.az

Latviya Prezidenti İlham Əliyevi təbrik etdi  

Latviya Prezidenti İlham Əliyevi təbrik etdi  

Aktual

29 May 2019, 19:46

Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə öz adımdan və Latviya xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri gələcək illərdə inkişaf edəcək, xalqlarımıza rifah və xoşbəxtlik gətirəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı