Modern.az

Azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 avtobus işləyəcək

Azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 avtobus işləyəcək

Aktual

29 May 2019, 20:03

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə,  azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə ümumilikdə 450 avtobus fəaliyyət göstərəcək.

 

O cümlədən, finala bilet alan tamaşaçılar Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun "Q.Qarayev" stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

 

Xatırladaq ki, bu gün saat 23:00-da Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək. Avropanın nüfuzlu final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən "Çelsi" və "Arsenal" klublarının görüşünü izləyəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı