Modern.az

Bu ölkədə  bütün aviareyslər ləğv olundu

Bu ölkədə  bütün aviareyslər ləğv olundu

Aktual

29 May 2019, 22:17

Argentinada ümumi tətillər səbəbindən aeroportlarda bütün reyslər, o cümlədən beynəlxalq aviakompaniyaların reysləri ləğv olunub.

 

Modern.az xəbər verir ki, Argentinda fəaliyyət göstərən aeroportların operatoru “Aeropuertos Argentina 2000” kompaniyası vətəndaşlara suallarla bağlı aviaşirkətlərə müraciət etməyi məsləhət görüb.

 

Ölkənin ən iri aviadaşıyıcısı “Aerolineas Argentinas” 330 reysi ləğv etdiyini və bunun 37 min insana təsir göstərəcəyini bildirib.

 

Məlumata görə, mayın 29-da Argentinada hakimiyyətin iqtisadi siyasətinə qarşı həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər başlayıb. Ölkədə keçiriləcək mitinqlərlə əlaqədar metro nəqliyyatı, bir sıra avtobus və qatar xətləri də fəaliyyət göstərməyəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı