Modern.az

Bakıda bir nəfər tüstüdən boğulub öldü

Bakıda bir nəfər tüstüdən boğulub öldü

Aktual

30 May 2019, 09:05

Pirallahı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardı 10 m² sahədə yanıb.

Yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı