Modern.az

Baytarlıq Xidmətinin əhatə etdiyi sahələr müəyyənləşdi

Baytarlıq Xidmətinin əhatə etdiyi sahələr müəyyənləşdi

Aktual

30 May 2019, 13:23

Baytarlıq Xidmətinin əhatə etdiyi sahələr müəyyənləşdi

Dövlət Baytarlıq Xidmətinin əhatə etdiyi sahələr məlum olub. Modern.az xəbər verir ki, bununla bağlı “Baytarlıq haqqında” qanuna 7.1-1-ci maddə əlavə edilib.

Yeni maddəyə görə, Dövlət Baytarlıq Xidməti aşağıdakıları əhatə edir:

 

7.1

-1.1. Heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması sahəsində ixdmətlərin həyata keçirilməsini;

 

7.1

-1.2. Heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə bağlı xidmətlərin təşkili və göstərilməsi;

 

7.1

-1.3. Heyvanların sağlamlığının qorunması ilə bağlı tədbirlərin görülməsini, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması üçün dezinfeksiya, dezinseksiya işlərinin aparılmasını;

 

7.1

-1.4. Xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatının yaradılmasını, büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanılmasını, daşınmasını və istifadəsini;

 

7.1

-1.5. Epizootiya əleyhinə hazırlanan tədbirlər planına dair təkliflərin verilməsini və icrası ilə bağlı tədbirlərin görülməsini.

 

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı