Modern.az

Cəbhədə zabitimizin şəhid olması həmsədrlərə təhqirdir - EKSPERT

Cəbhədə zabitimizin şəhid olması həmsədrlərə təhqirdir - EKSPERT

Aktual

30 May 2019, 17:51

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlu şəhid olub.


Hərbi ekspert Üzeyir Cəfərov Modern.az saytına deyib ki, Ermənistan daha bir azərbaycanlının ocağını sondürdü, evinə faciə yaşatdı.

 

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinə nifrət edir.

 

“Cəbhədəki bu təxribat onların bilavasitə xeyir-duası ilə baş verib. Şəhid olan hərbçimizin canı onların məsuliyyətsizliyi, passivliyi üzərindədir”.


Ekspert söyləyib ki, Ermənistanın danışıqlar gedən ərəfədə bu cür əclaflıq etməsi ATƏT-in Minsk qrupuna təhqirdir.

 

“Ümumiyyətlə bu təxribatların olması, bugünkü hadisə də artıq öz nöqtəsini vurmuş oldu. Mən onun tərəfdarıyam ki, danışıqlar prosesi təmamilə dayandırılsın.

 

Azərbaycan rəsmi olaraq elan etsin ki, yaxın vaxtlarda biz bu məsələ ilə bağlı öz qərarımızı verəcəyik. O qərar da yalnız Azərbaycan əsgərinin gücü hesabına olmalıdır. Necə ki, ordumuz 2016-cı ilin aprel döyüşlərində bütün dünyaya bunu bəyan etdi. Biz dünyaya mesaj ünvanladıq ki, 2-ci bir Ermənistan dövlətinin yaradılmasına  imkan vermərik”.

 

Ekspert söyləyib ki, danışıqlar prosesi uzandıqca, Ermənistanın ayağı  yer alır və işğalçı ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanın heysiyyatı ilə oynamış olur.

 

Jalə Mehdiyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı