Modern.az

Pərvin Kərimzadə: Səmimiyyəti ilə örnək olan prezident

Pərvin Kərimzadə: Səmimiyyəti ilə örnək olan prezident

Aktual

30 May 2019, 18:53

“Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi bu fikirlər bu gün reallığa çevrilib. Bu gün Azərbaycan dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. Son 16 ildə əldə olunmuş siyasi və sosial-iqtisadi nailiyyətlər uğurlar xalqının rifahının təkcə bu gün deyil, gələcəkdə təmin olunmasına zəmanət verir.

 

Heç kəsə sirr deyil ki, İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanıb. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Minimum əməkhaqlarının, pensiyaların, tələbələrə verilən təqaüdlərin artırılması, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı ölkə Başçısı tərəfindən imzanan sərəncamlar bir daha göstərdi ki, atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır. Bir daha təsdiqləndi ki, dövlətin sosial siyasəti ardıcıl və sistemlidir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir. Eyni zamanda, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb.

 

Əhalinin rifahının gücləndirilməsi, sosial problemlərin həlli istiqamətində imzalanan fərman və sərəncamlar, verilən mühüm qərarlar xalqda böyük məmnunluq hissi yaradıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə ayrılan vəsaitlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardandır. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edən ölkə Prezidenti İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə mehriban görüşü, səmimiyyəti diqqətdən kənarda qala bilməz. Ölkə Başçısının sakinlər tərəfindən rəğbətlə, yüksək əhval-ruhiyyə ilə qarşılanması bir daha belə bir reallığa işıq saldı ki, İlham Əliyev hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə daim çıxışlarında qarşıya qoyduğu “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” tapşırığının real həyatda ifadəsidir.

 

Ölkə Başçısının ictimaiyyət nümayəndələri ilə görüşdə “Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən sizin mənə olan inamınızdır” söyləməsi, müşavirələrində də həmişə məmurları sadə olmağa, xalqın yanında olmağa çağırması, daim vətəndaşların qayğıları ilə maraqlanması Prezident İlham Əliyevin xalq arasında nüfuzunu daha da yüksəldib. Bunun ictimaiyyət nümayəndələri ilə olan hər görüşdə şahidi oluruq. Dövlət qayğısını, diqqətini yaşayışında, maddi-rifah halının artırılmasında görən insanlar minnətdarlıq duyğularını ölkə Prezidentinə çatdırmağı, özlərinə borc bilir, dərin hörmətlərini nümayiş etdirirlər. Vətəndaşlar ölkəmizin inkişafı və tərəqqisi yolunda cənab Prezidentlə çiyin-çiyinə çalışan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işləri, təşəbbüslərini yüksək dəyərləndirir, buna görə təşəkkürlərini çatdırmağı da unutmurlar.

Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri, sakinlər və şəhərimizin qonaqları ilə olan görüşlər bir daha göstərdi ki, Azərbaycan xalqı öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir. Ona görə də ölkə vətəndaşları birmənalı olaraq İlham Əliyevi müstəqil respublikamızda baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, öz Prezidentinə tam güvənir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı