Modern.az

“AvroLiqa finalına ev sahibliyi ölkəmizin nüfuzunun növbəti təzahürüdür”

“AvroLiqa finalına ev sahibliyi ölkəmizin nüfuzunun növbəti təzahürüdür”

Aktual

30 May 2019, 19:01

“UEFA Avropa Liqasının final oyununa Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin Avropada və dünyada qazandığı nüfuzunun növbəti təzahürüdür”.

 

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat Dilarə Cəbrayılova deyib.

 

Deputat bildirib ki, Azərbaycan UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə keçirərək dünyaya idman bayramı kimi təqdim edib:

 

“Bakıya gələn idmançıların, hər iki klub azarkeşlərinin qarşılanması, onların rahat, əmin-aman şəkildə paytaxt külçələrində hərəkət etməsi, sakinlərimizin qonaqpərvərliyi göstərdi ki, Azərbaycan növbəti dəfə böyük nüfuzlu turniri layiqincə keçirə bildi. Eyni zamanda, Bakıda keçirilən final oyunu dünyanın 200-dən çox televiziya kanalı vasitəsilə canlı yayımlandı. Bütün bunlar göstərdi ki, Azərbaycan regionda dominant ölkə olmaqla yanaşı, Avropa üçün də əhəmiyyətli dövlətlərdən biridir. Hesab edirəm ki, bu da bizim dünyada ən yüksək səviyyədə təqdimatımızdır”.

 

  1. Cəbrayılova qeyd edib ki, dünənki final oyununda “Çelsi”nin böyük hesabla “Arsenal”a qalib gəlməsi ilə yanaşı, Azərbaycan diplomatiyası, dövləti və Prezidentinin siyasi iradəsi də qalib oldu: “Çünki digər beynəlxalq, nüfuzlu tədbirlərdə olduğu kimi, bu dəfə də Azərbaycanın imicinə qara yaxmaq istəyən qüvvələr meydana çıxmışdı. Bütün bunların başında erməni lobbisi və Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr dayanır. Biz bu tədbiri yüksək səviyyədə keçirməklə bir daha dünyaya bəyan etdik ki, Azərbaycanı fitnə-fəsadlarla məğlub etmək, öz yolundan döndərmək olmaz. Hesab edirəm ki, dünənki final oyunun yüksək səviyyədə təşkil olunması Azərbaycan dövlətinin və Prezidentinin uzun illər apardığı məqsədyönlü uğurlu siyasətin nəticəsidir. Bu oyunun yüksək səviyyədə keçirilməsində əməyi olan hər bir kəsə təşəkkürümü bildirirəm”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı