Modern.az

Azarkeşlər Bakı Avropa Liqasının ən yaxşısını seçdi - FOTO

Azarkeşlər Bakı Avropa Liqasının ən yaxşısını seçdi - FOTO

Current

30 May 2019, 21:17

UEFA Avropa Liqasında 2018-2019 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu bəlli olub.

 

Modern.az xəbər verir ki, UEFA-nın rəsmi "Twitter" səhifəsində verilən məlumata görə, azarkeşlər tərəfindən aparılan səsvermənin nəticələri hesablanıb.

 

Nəticələrə əsasən, Bakıda Avropa Liqasının qalibi olan İngiltərənin "Çelsi" komandasının futbolçusu Eden Azar bu ada layiq görülüb.

 

28 yaşlı hücumçu bu nominasiyada komanda yoldaşları Emerson Palmieri, Pedro Rodriges və Olivye Jirunu geridə qoyub. Belçikalı oyunçu "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri görüşdə iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Eden Azar Bakıdakı finaldan sonra da oyunun ən yaxşı futbolçusu adına sahib olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı