1918-ci ilin 28 may tarixində Azərbaycanda ilk Respublika qurulub və o tarixdən bugünə kimi Azərbaycan Respublikasının 17 nəfər azərbaycanlı rəhbərlik edib.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasına rəhbərlik edən 7 nəfərin həyat yoldaşı əslən azərbaycanlı olmayıb, 2 nəfərin həyat yoldaşı barədə isə məlumat yoxdur.
Yeniavaz.com 1918-2019-cu illər ərzində Azərabaycana rəhbərlik etmiş şəxslərin həyat yoldaşları - birinci xanımların siyahısını təqdim edib:
- Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin (27 may 1918 - 7 dekabr 1918) iki həyat yoldaşı olub. Birinci həyat yoldaşı milliyətçə azərbaycanlı (əmisi qızı) olan Ümbülbanu Rəsulzadə, ikinci həyat yoldaşı milliyətçə polyak olan Vanda (Leyla Rəsulzadə) olub.
- Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (7 dekabr 1918 - 28 aprel 1920) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Pəri Məlikova (Həsən bəy Zərdabinin qızı) olub.
- Baş nazir Fətəli xan Xoyskinin (28 may 1918 - 14 aprel 1919) həyat yoldaşı milliyətçə rus olan Yevgeniya Vasilevna olub.
- Baş nazir Nəsib bəy Yusifbəylinin (28 may 1919 - 30 mart 1920) həyat yoldaşı milliyətçə kırım türkü olan Şəfiqə Soltan olub.
- Azərbaycan SSR Kommunist Partiyası Rəyasət Heyətinin sədri Mirzə Davud Hüseynovun (28 aprel 1920 - 23 iyul 1920) həyat yoldaşı Tamara Xoyskinin anası rus, atası (Fətəli xan Xoyski) azərbaycanlı olub.
- Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun (30 dekabr 1922 - 19 mart 1925) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Gülsüm Əliyeva olub.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Ruhulla Axundovun (5 yanvar 1925 - 21 yanvar 1926) həyat yoldaşı milliyətçə fin olan Frida Şlemova olub.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Mir Cəfər Bağırovun (10 dekabr 1933 - 6 aprel 1953) həyat yoldaşı milliyətçə alman olan Yevgeniya Gelman olub.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Mir Teymur Yaqubovun (6 aprel 1953 - 17 fevral 1954) həyat yoldaşı barədə məlumat yoxdur.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi İmam Mustafayevin (17 fevral 1953 - 10 iyul 1959) həyat yoldaşı barədə məlumat yoxdur.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Vəli Axundovun (10 iyul 1959 - 14 iyul 1969) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Sona Axundova olub.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Heydər Əliyevin (14 iyul 1969 - 3 dekabr 1982) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Zərifə Əliyeva olub.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Kamran Bağırovun (3 dekabr 1982 - 21 may 1988) həyat yoldaşı milliyətçə polyak olan Tatyana Valoyeva olub.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi Əbdürrəhman Vəzirovun (3 dekabr 1982 - 21 may 1988) həyat yoldaşı milliyətçə rus olan Lidiya Baqatinski olub.
- Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibi (25 yanvar 1990 - 14 sentyabr 1991) və Azərbaycanın ilk prezidenti (30 avqust 1991 - 6 mart 1992) Ayaz Mütəllibovun həyat yoldaşı milliyətçə azərbaycanlı olan Adilə Mütəllibova olub.
- Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin (16 iyul 1992 - 1 sentyabr 1993) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Həlimə Dövlətova olub.
- Azərbaycan Prezidenti İlham Əliyevin (15 oktyabr 2003 - ...) həyat yoldaşı milliyətçə azərbaycanlı olan Mehriban Paşayevadır.