Modern.az

Parlamentdə deputatlar arasında dava düşdü

Parlamentdə deputatlar arasında dava düşdü

Aktual

31 May 2019, 01:04

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.

Modern.az xəbər verir ki, əvvəlcə müstəqil deputat Levan Qoqiçaişvili ilə parlament çoxluğunun üzvü Mixail Kavelaşvili arasında mübahisə olub. Sonra onlar əlbəyaxa olublar və biri-birinə fiziki güc tətbiq ediblər.

 

Sonradan hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının deputatı Muxran Vaxtanqadze mübahisəyə qoşulub.

 

Təhlükəsizlik qüvvələri deputatları zaldan çıxarıblar. Onların əlbəyaxa davası dəhlizdə də davam edib. Müstəqil deputatın xəsarət aldığı bildirilir. Təhlükəsizlik qüvvələrinin əməkdaşları jurnalistləri hadisəni lentə almağa imkan verməyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı