Modern.az

Ər xəstəxanada arvadının boğazını kəsdi - Bakıda

Ər xəstəxanada arvadının boğazını kəsdi - Bakıda

Aktual

10 İyun 2019, 11:39

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsən şəxs saxlanılıb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib.

Mübahisə nəticəsində F.İbrahimov üzərində gətirdiyi bıçaqla X.İbrahimovanın boğazını kəsib.

Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisəni törədən F.İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib. F.İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!