Modern.az

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Aktual

10 İyun 2019, 12:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında sabah
hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.


Tibbi-meteoroloji proqnoz -
İyunun 11-12-də meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı