Modern.az

İş yerini dəyişmək istəyən müəllimlərə son XƏBƏRDARLIQ

İş yerini dəyişmək istəyən müəllimlərə son XƏBƏRDARLIQ

Aktual

10 İyun 2019, 15:02

İyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu  başa çatır.

Modern.az xəbər verir ki, msabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.


Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron qeydiyyatdan keçib,  4622 namizəd elektron ərizəsini təsdiqləyib, 96 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.


Qeyd olunan tarixədək ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı