Modern.az

Paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılır: SƏBƏB

Paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılır: SƏBƏB

Aktual

10 İyun 2019, 20:33

Paytaxtın bəzi yolları nəqliyyatın hərəkəti üçün qapadılıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu axşam 21:00-dan Binəqədi-Mehdiabad, Mehdiabad-Digah-Məhəmmədi, Məhəmmədi-Zabrat, Zabrat-Maştağa-Buzovna avtomobil yollarında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

 

 Bu müddətdə sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı