Modern.az

Maliyyə müdiri işləmək istəyənlərin DİQQƏTİNƏ:  Maaş 1872 manat

Maliyyə müdiri işləmək istəyənlərin DİQQƏTİNƏ:  Maaş 1872 manat

Aktual

11 İyun 2019, 10:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

 

Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir. Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı