Modern.az

Şəkər xəstəsi olan qıza anasının böyrəyi köçürüldü

Şəkər xəstəsi olan qıza anasının böyrəyi köçürüldü

Aktual

11 İyun 2019, 11:31

Bakıda mürəkkəb böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Modern.az xəbər verir ki, əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib. Donor xəstənin anası olub.

Uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkən pasiyent son 10 ildə hemodializ müalicəsi alıb. Müntəzəm hemodializ seansları qəbul etməsinə baxmayaraq, gündən-günə onun vəziyyəti pisləşib. Təcili əməliyyata ehtiyac yaranıb.

Əməliyyatın mürəkkəbliyi ondan ibarət olub ki, iki yaşından pasiyentdə xroniki böyrək çatışmazlığı ilə yanaşı, 1-ci tip şəkərli diabet xəstəliyi də müşahidə edilib. Bu xəstəlik bir çox magistraldamarların tamamilə destruksiyasına gətirib çıxarıb.

"Böyrək transplantasiyası özlüyündə böyük məsuliyyət tələb edən əməliyyatdır. Xəstə xroniki böyrək çatışmazlığı ilə yanaşı, şəkərli diabet xəstəliyindən də əziyyət çəkirsə, bu zamanəməliyyatın həyata keçirilməsi daha da çətinləşir. Burada cərrah və nefroloqlardan ibarət yüksəkixtisaslı komanda və müasir tibbi avadanlıqların olması vacibdir. Biz bu ağır əməliyyatı özöhdəmizə götürdük və komandamızın peşəkarlığı və yüksək həkimlik keyfiyyətləri hesabına bu dəfə də xəstə və onun yaxınlarını sevindirmək nəsibimiz oldu. Əməliyyat uğurla keçdi,köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Xəstənin əhval-ruhiyyəsi yaxşılaşmağa başladı. Pasiyent və donor tamamilə yaxşı vəziyyətdə evə yazıldılar. Hazırda köçürülmüş böyrək normalfəaliyyət göstərir”, — deyə transplantoloq aydınlıq gətirib.

Qeyd etmək lazımdır ki, Rəşad ŞOLAN urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı