Modern.az

İş yerini dəyişmək istəyən 127 müəllimə “yox!” deyildi

İş yerini dəyişmək istəyən 127 müəllimə “yox!” deyildi

Aktual

11 İyun 2019, 14:08

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6334 namizəd elektron ərizəsini təsdiqləyib, 127 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.

Elektron müraciətini təsdiq etmiş namizədlərin ərizələri araşdırıldıqdan sonra şəxsi səhifələrinə məlumat göndəriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı