Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bu gün Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Qəbulda səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də iştirak etmişdir. Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar müxtəlif xəstəliklərin müalicəsinə köməklik göstərilməsi üçün, seçicilər isə əsasən sosial problemlər, işlə təmin olunma ilə bağlı müraciətlərini komitə sədrinə çatdırıblar.
Əhliman Əmiraslanov qəbula müraciət edən vətəndaşları ayrı-ayrılıqda dinləyərək, onları maraqlandıran sualları cavablandırıb.
Müraciət etdikləri hər bir məsələ ilə bağlı müvafiq köməklik göstəriləcəyini bildirib.