Modern.az

YAP Goranboy rayon Gənclər Birliyinin V Konfransı keçirildi

YAP Goranboy rayon Gənclər Birliyinin V Konfransı keçirildi

Aktual

13 İyun 2019, 18:29

İyunun 13-də YAP Goranboy rayon Gənclər Birliyinin V Konfransı keçirildi. 

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonra konfrans Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirildi.  Konfransda rayon İcra Hakimiyyətinin məsul işçiləri, AP Goranboy rayon Gənclər Birliyinin üzvləri, Ağsaqqallar şurasının sədri, Çernobıl əlilləri  cəmiyyəti, Qarabağ müharibəsi əlilləri, vetereranları və şəhid ailələri içtimai birliyi rayon şöbələrinin sədrləri iştirak edirdilər.

 

Konfransda çıxış edən Goranboy rayon icra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  ölkəmizdə gənclər siyasətin əsasının ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində qoyulmasından və bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı. Yeni Azərbaycan Partiyasının intellektual, yüksək təhsilli Azərbaycan gəncliyini öz sıralarında birləşdirdiyini qeyd edən Məhərrəm Quliyev Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı Gənclər Birliyinin ən böyük rayon təşkilatlarından biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı. 

Çıxış edən gənclər ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söylədilər.

 

Bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi.

Sonra konfransın qətnaməsi və iştirakçıların Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti qəbul edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı