Əfqanıstanın Cəlalabad şəhərində partlayışın törədilməsi nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.
RİA “Novosti” xəbər verir ki, məlumatı yerli hakimiyyət nümayəndələri yayıb.
Bildirilib ki, hadisə iyunun 13-də Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verib. Məlumata görə, partlayışı terrorçu-kamikadze törədib.
Virtualaz.org