Modern.az

Zaqatalada kişi həyat yoldaşını qətlə yetirdi

Zaqatalada kişi həyat yoldaşını qətlə yetirdi

Aktual

13 İyun 2019, 21:28

Zaqatalada kişi öz həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı