Modern.az

Paytaxt sakini mənzilində ölü tapıldı

Paytaxt sakini mənzilində ölü tapıldı

Aktual

13 İyun 2019, 22:41

Bakıda mənzildən kişi meyiti aşkar olunub.

Modern.az xəbər verir ki, həmin şəxs Fövqəladə Hallar Nazirliyini xilasediciləri tərəfindən aşkarlanıb.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Vəliyev Rəcəb İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Hazırda onun ölümünün səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı