Modern.az

Bakıda məhbus özünü ülgüclə doğradı

Bakıda məhbus özünü ülgüclə doğradı

Aktual

13 İyun 2019, 23:25

13 saylı Cəzaçəkmə Müəssisəsində məhbus Mikayıl Dəmirli işgəncələrə etiraz edərək damarlarını ülgüclə kəsib.

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məhbusun qohumları sosial şəbəkələrdə yazırlar.

 

Onların yazdıqlarına görə, Mikayıl Dəmirlidən əvvəlcə pul tələb ediblər, sonra isə vəhşicəsinə döyüblər. Qohumları iddia edirlər ki, döyülmə məsələsinin arxasında müəssisənin rəisi Şahin Həsənov, eləcə də onun Natiq və Cavid adlı müavinləri dururlar.

 

Məhkumun ağır vəziyyətdə olduğu bildirilir. Cəzaçəkmə müəssisəsinə gələn yaxınlarına onunla görüşməyə icazə verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı