Üç qətl hadisəsində təqsirli bilinən və barəsində ölüm hökmü verilmiş Belarus vətəndaşı edam olunub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə edam edilən Aleksandr Jilnikovun yaxınlarına istinadən “Vesna” hüquq müdafiə mərkəzi məlumat yayıb.
“Hələlik iş üzrə həbs edilmiş ikinci şəxsin – Vyaçeslav Suxarkonun taleyi məlum deyil. Lakin təcrübə göstərir ki, edam cəzası eyni işə görə həmin cəzaya layiq görülmüş bütün məhbuslar barəsində eyni vaxtda icra olunur”, - hüquq müdafiəçiləri bildirib.
Qeyd edək ki, sifarişli qətl hadisəsi 2015-ci ildə Minskdə törədilib.