Modern.az

Qadın sürücü qəza törədib, ölənlər və yaralananlar var

Qadın sürücü qəza törədib, ölənlər və yaralananlar var

Aktual

14 İyun 2019, 08:20

Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Elnarə Ağazəki qızı Ağakərimovanın idarə etdiyi 99-HK-779 dövlət qeytiyyat nişanlı "Hyundai" markalı avtomobil Şəki istiqamətində hərəkətdə olarkən, idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 50 yaşlı E.Ağakərimova və 50-60 yaşlarında şəxsiyyəti hələ məlum olmayan daha bir qadın hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha 3 nəfər -Bakı şəhər sakinləri: bir ailənin üzvləri- 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və 9 yaşlı Zəki Hadıyev aldıqları ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sizə yeni x var
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!