Modern.az

Deputat seçicilərinə kömək ediləcəyinə söz verdi

Deputat seçicilərinə kömək ediləcəyinə söz verdi

Aktual

14 İyun 2019, 10:01

Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Muradxanlı kəndində seçicilərlə görüş keçirib.

Modern.az xəbər verir ki, deputat seçicilərlə görüşərək problemləri müzakirə edib. Daha sonra kənd yerindəki yas mərasiminə qatılıb.

 

Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, eləcə də möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi barədə ətraflı məlumat verib. Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı