Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Həyətinin Sədri Fərid Şəfiyevin Böyük Britaniyanın nüfuzlu dərgisi olan "Müsəlman Azlıqların Məsələsi Jurnalı”nda (Journal of Muslim Minority Affairs) "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsi" adlı akademik məqaləsi dərc olunub.
Modern.az-ın məlumatına görə, məqalədə SSRİ rəhbərliyinin İkinci Dünya Müharibəsindən sonra Türkiyəyə qarşı ərazi iddiaları və bunun nəticəsində ermənilərin xaricdən repatriasiya və azərbaycanlıların Ermənistandan sürgün edilməsindən bəhs edilir.
Sovet İttifaqı və Azərbaycan arxivlərindən əldə olunmuş material əsasında aparılmış elmi araşdırmada Sovet İttifaqı rəhbərliyinin Cənubi Qafqazda gedən siyasi və etnik proseslərə təsiri təhlil olunur.
Qeyd etmək lazımdır ki, bu, ingilisdilli akademik dərgidə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan sürgün edilməsinə həsr olunmuş ilk elmi məqalədir.
Daha ətraflı:
//www.tandfonline.com/doi/full/10.1080/13602004.2019.1620002
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, müvafiq məsələlərə dair Azərbaycan mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, dövlət orqanlarını elmi-təhlili materiallarla təmin edən publik hüquqi şəxsdir.