Modern.az

Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı

Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı

Aktual

14 İyun 2019, 14:23

Ağsu rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Bico kəndi ərazisində baş verib. Kənd sakini Şahid Salmanova məxsus buğda sahəsində baş vermiş yanğın qısa müddətdə güclənib.

Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində alovun digər sahələrə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

 

Hadisə nəticəsində Ş.Salmanova məxsus taxıl sahəsinin 2,5 hektarı yanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı