Modern.az

Aprel şəhidinin oğlu da məzun oldu - FOTOLAR

Aprel şəhidinin oğlu da məzun oldu - FOTOLAR

Aktual

14 İyun 2019, 15:19

Bu gün məzun olan şagirdlər arasında  2016-cı ilin aprel ayında şəhid olmuş  kəşfiyyatçı polkovnik Sənan Axundovun oğlu Tahir Axundov da var.

Modern.az-ın məlumatına görə, o ,İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın məzunu olub. Təhsilini uğurla başa vuran Tahir Axundov  hərbi həkim olmaq arzusundadır. Ali məktəbə ilk imtahanlarını da uğurla verib.

Bu ilin mart ayında Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidin ailəsinə Heydər Əliyev Fondu adından mənzil də hədiyyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı