Modern.az

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlandı

Aktual

14 İyun 2019, 17:04

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib.

 

Bakı Şəhər Prokurorluğundan Modern.az-a  verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı, 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

 

Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə məhkəmə-tibbi ekspertizaları təyin edilib və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!