Modern.az

Bakıdakı tıxacın səbəbini açıqladı - Yolunuzu dəyişin!

Bakıdakı tıxacın səbəbini açıqladı - Yolunuzu dəyişin!

Aktual

14 İyun 2019, 21:04

“Bir qədər əvvəl Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyat vasitəsi yanıb. Bu səbəbdən də hazırda Yusif Səfərov küçəsi, Babək və Şah İsmayıl Xətai prospektlərindən Heydər Əliyev prospekti istiqamətində tıxac müşahidə edilir”.

Modern.az xəbər verir ki, bu açıqlama ilə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev çıxış edib.

O, qeyd edilən və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görüldüyünü vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı