Modern.az

Bakıda arvadı ilə dalaşan nazirlik işçisindən şok addım

Bakıda arvadı ilə dalaşan nazirlik işçisindən şok addım

Aktual

14 İyun 2019, 21:59

Bakıda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib.

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Görədil qəsəbəsində yerləşən “Abşeron Marina” restoranının qarşısında qeydə alınıb.

Həyat yoldaşı ilə mübahisə edən 41 yaşlı Ü.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içib.

Xəstəxanaya yerləşdirilən Ü.Həsənovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

“Report”un məlumatına görə, Ü.Həsənov nazirliklərdən birinin əməkdaşıdır.

O, iki il əvvəl “Tərəqqi” medalı ilə təltif də olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı